“FİKRƏT QOCA-70” KİTABI ÇAP OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin və filologiya elmləri namizədi Gülzar İbrahimqızının tərtib etdikləri “Fikrət Qoca-70” kitabı “Bakınəşr” nəşriyyatında çap olunmuşdur. Kitabın redaktoru və “Erkən yaşlarından müdrikləşən şair” adlı “Ön söz”ün müəllifi akademik Bəkir Nəbiyevdir.
Yazıçılar Birliyinin nəşri olan kitabda sənət dostlarının - Bəxtiyar Vahabzadə, Anar, Fikrət Sadıq, Vaqif Səmədoğlu, Çingiz Abdullayev və başqalarının xalq şairi haqqında ürək sözləri toplanmışdır.
Şairin yubileyi münasibətilə nəşr edilmiş, fotoşəkillərlə zəngin olan kitaba onun şeirlərinə bəstələnmiş mahnılardan nümunələr də daxil edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [19:53]
İlk qadın bəstəkarların irsinə həsr olunmuş konfrans təşkil edilib
- 17.06.2026 [19:36]
Qazaxıstanlı sənətçi: Azərbaycan sirki milli koloritini nümayiş etdirməlidir
- 17.06.2026 [19:14]
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub
- 17.06.2026 [16:25]