Filippinli iştirakçı: Tərəflər burada hələ də gülünc şəkildə aşağı olan rəqəmlərdən bəhs edirlər
Bakı, 23 noyabr, AZƏRTAC
Biz bu prosesin bizim üçün vacib olan üç elementini müzakirə etmək istəyirik. Birincisi, tərəflər burada hələ də gülünc şəkildə aşağı olan rəqəmlərdən bəhs edirlər. İkincisi, həmin maliyyə vəsaitləri publik maliyyələşmə vasitəsilə təmin olunmalıdır, ianələr, qrantlar, borc şəklində deyil. Üçüncüsü, bu maliyyə vəsaiti hansı mənbələrdən gələcək.
AZƏRTAC xəbər verir ki, bunu Yubiley Cənubi Asiya Sakit Okean Hərəkatının nümayəndəsi, filippinli iştirakçı Lidinida Naspil jurnalistlərə müsahibəsində deyib.
"Biz inkişaf etmiş ölkələrin dialoqlarında istifadə etdikləri mobilizasiya dilinə inanmırıq. Dil tərəflərin öhdəlikləri baxımından aydın səslənilməlidir. Bu, Paris Sazişində də öz əksini tapıb. Bir çox maliyyə mənbəyini ortaya gətirməklə bu məsələnin həll edilməsi cəhdlərini qəbul etməyəcəyik", - deyə L.Naspil fikirlərinə yekun vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]