Finlandiyada “20 Yanvar - Azərbaycan xalqının unudulmayan tarixi” mövzusunda seminar keçirilmişdir
Bakı, 22 yanvar (AZƏRTAC). Finlandiya Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə Helsinki şəhərində “20 Yanvar Azərbaycan xalqının unudulmayan tarixi” mövzusunda seminar keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Finlandiya Azərbaycan Assosiasiyasının sədr müavini, Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay tədbirdə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Ermənistana havadarlıq edən keçmiş sovet ordusunun dinc Azərbaycan xalqına qarşı törətdiyi qanlı qırğın haqqında məlumat vermişdir.
Tədbirdə iştirak edən Vaasa Universitetinin tələbələri işğalçılıq siyasəti və digər məsələlərlə bağlı məruzələrlə çıxış etmiş, Assosiasiyanın fəal üzvləri qonaqları maraqlandıran suallara cavab vermişlər.
Tədbir iştirakçılarına 20 Yanvar hadisələrindən bəhs edən kitablar təqdim edilmişdir. Onlar, həmçinin faciə ilə bağlı sənədli filmlərə baxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]