Azərbaycan Dövlət İnformasiya Agentliyi

Firəngiz Əlizadə: İstedadın sehrli qüvvəsi

Firəngiz Əlizadə: İstedadın sehrli qüvvəsi

Bakı, 20 noyabr, AZƏRTAC

Şübhə yoxdur ki, dünya musiqi Olimpində “Dünya Artisti” Firəngiz Əlizadə adlı bir ulduz parlayır. Onun musiqisi Qərbin xoreoqraf, quruluşçu və musiqi tənqidçilərinin diqqət mərkəzindədir. Firəngiz Əlizadənin skripka üçün yazdığı “İmpuls” əsəri Hillari Xaanın ifasında prestijli “Grammy” mükafatına nominasiya edilib, Azərbaycan bəstəkarının istedadının minlərlə pərəstişkarı bu əsərin müəllifinə minnətdarlıq və ehtiram bildirib. Bu musiqi dünyanın müxtəlif guşələrində böyük sevinclə qarşılanıb. Hillari Xaan özü bizim maestronun musiqisinin fanatı olduğunu dəfələrlə qeyd edib.

F. Əlizadə iki tammetrajlı baletin - 1993-cü ildə Türkiyə Mədəniyyət Nazirliyinin sifarişi ilə yazılmış “Boş Веşik” və 2000-ci ildə “Akademie der Kunste”nin (Berlin) sifarişi ilə yazılmış “Stadt-Graniza” baletlərinin müəllifidir. Qeyd etmək lazımdır ki, onun əsərləri çox vaxt avanqard beynəlmiləl səhnə layihələrinin əsasını təşkil edir. Bütün bu səbəblərə görə F. Əlizadənin musiqisinə müraciət edən xoreoqrafların və balet quruluşçularının sayı durmadan artır. Lap təzə bir misal göstərək: 2015-ci il sentyabrın 24-də və 25-də Toronto şəhərindəki (Kanada) “Aga Khan Museum” konsert zalında “Oyan” adlı tamaşa olub. Amerika qitəsində F.Əlizadənin musiqisinin yenidən səslənməsi dinləyicilərə və tamaşaçılara unudulmaz anlar bəxş edib.

Hazırda Kanadada yaşayan İran mənşəli rəqqas və xoreoqraf Əli Rza Zərif tərəfindən on il bundan əvvəl yaradılmış “Sashar Zarif Dance” bəstəkara müraciət edərək onun əvvəlki “Oyan” və “Muğamsayağı” əsərləri əsasında 45 dəqiqəlik yeni kompozisiya yaratmasını xahiş edib. Bu kompozisiyada iki əsərin ifası elektron musiqi, habelə Mirələm Mirələmovun (xanəndə) və Elnur Mikayılovun (kamança) canlı ifası ilə müşayiət olunub. Nəticə etibarilə çox maraqlı bir musiqi əsəri və onun əsasında bir ifaçı üçün tamaşa yaranıb. Bu ifaçının rəqsində müasir balet, dərvişin caduları, gimnastika tryukları, jestlərin və mimikanın simvolizmi cəmləşib. Violonçel tembri kamança səsinə qarışır, xanəndənin səsi isə şövqlü rəqs ritmlərini daha da çılğınlaşdırır. Şəxsiyyətin yaranması və onun yaradıcılığı, dünyanın yaranması və kainatın sirləri barədə bütöv bir “səhnə” əmələ gəlir. İşıq və rəng effektləri görmə sırasını tamamlayaraq onu daha həcmli və təsirli edir. Bu, çox böyük effektdir. Dalbadal iki gün gurultulu alqış sədaları, tamaşalardan sonra nəzərdə tutulmayan mətbuat konfransları, yeni-yeni yaradıcılıq təklifləri...

Kanadadakı uğurun təsiri hələ keçməmiş Almaniyada F.Əlizadənin musiqisinə yeni layihə başlanması elan edilib. “Landestheater” teatrı (Koburqa, Bavariya) Mosart, Firəngiz Əlizadə, Con Lennon və Pol Makkartninin musiqisi əsasında 2015-ci il dekabr ayından 2016-cı il mart ayına qədər nəzərdə tutulan 11 tamaşanın konkret tarixlərini elan edib. Firəngiz Əlizadənin simfonik və kamera musiqisi əsasında yeni “Trance” baletinin quruluşçusu almaniyalı xoreoqraf Renata Lidtkedir, baş rolu yaponiyalı rəqqas Takaşi Yamomoto ifa edir. Bir klassik və müasir avanqard musiqinin iki nümayəndəsi. Təsadüfü deyil ki, Firəngiz Əlizadənin adı Avropada keçmiş və müasir dövrün üç görkəmli musiqiçisi sırasındadır. Öz-özümə soruşuram: nə üçün Qərb bizim maestronu alqışlayır və yalnız bizim bəstəkarın musiqisini dinləmək istəyir? Musiqi özü qərbli dinləyici və tamaşaçının qəlbinə yol tapmasa, onların etimadını qazanmaq mümkün deyil. Bu əsrin əvvəlində bir neçə məşhur şəxsin rəylərinə fikir verin. 2001-2003-cü illər mövsümündə “Mugamsayağı” əsərinin musiqisi əsasında italyan xoreoqrafı Hyuqo Fanari Brodveydə (Nyu-York) “Song of Azerbaijan” baletinin, portuqaliyalı xoreoqraf Emmanuel Ribeyronun “Andrey Tarkovskinin kino dünyası” adlı performansı, Helsinki Opera Teatrının səhnəsində uzun illər tamaşaya qoyulan birpərdəli “One” baleti - bütün bu əsərlərin musiqisi bizim görkəmli maestroya məxsusdur.

Bəs F. Əlizadənin musiqisində müxtəlif millətlərdən olan xoreoqrafları cəlb edən nədir? Onun yaradıcılıq üslubunun hansı cəhətlərini digər müasir bəstəkarların yaradıcılığında tapa bilmirlər? Burada məşhur tədqiqatçıların, musiqişünasların söylədiklərinə diqqət yetirmək vacibdir. Onlar Azərbaycan bəstəkarının populyarlığı fenomenini dəfələrlə vurğulayıblar.

“New York Times” qəzetinin musiqi şərhçisi Kyle Gann yazır: “Şübhəsiz, Firəngiz Əlizadə 20-ci əsrin ikinci yarısında Şərqi Avropada ən maraqlı şəxsiyyətlərdən biridir”.

Başqa bir fakt: “Time Out” New York nəşrinin musiqi tənqidçisi Susan Cekson yazır: “Firəngiz Əlizadənin universal musiqisi dinləyicilərə sehrli təsir göstərir. Bu musiqi melodiyalar və parlaq texnika ilə zəngindir”.

Paul Qriffits: “Crossing-2” əsəri parlaq və cəlbedicidir. Bu əsərdə Şərq ilə Qərbin sintezinin necə ola biləcəyi sualına yer qalmır. Əsər bu suala çox gözəl cavab verir” (“New York Times”, 1997-ci il).

Andre Cut-«Irish Examiner» 2004: “Ciddi musiqi sahəsində Şərqin nadir nümayəndəsi Firəngiz Əlizadə, şübhəsiz, böyük istedad sahibidir. Uzaq Azərbaycandan gəlmiş bu qadın Şərqin emosional gücünü və intellektual dərinliyini özündə cəmləşdirməyə və bütün bunları qərb bəstəkarlıq məktəbinin avanqard texnikası ilə əlaqələndirməyə nail olub”.

Alman musiqişünası Ulrika Patofun Almaniyada nəşr edilmiş kitabından da çoxlu sitatlar gətirmək olar. Bu müəllif F. Əlizadənin böyük istedadını, onun bəstəkarlığını, pianoçuluğunu, musiqişünaslığa dair işlərini, pedaqoji fəaliyyətini, habelə Türkiyə, Amerika və İsveçrədə dirijor kimi çıxışlarını əhatə edən fəaliyyətinin geniş miqyasını dönə-dönə vurğulayır.

Lakin bu kitabın bəlkə də ən maraqlı cəhəti həmin nəşrə Firəngiz Əlizadənin yaradıcılığı və şəxsiyyəti barədə (2007-ci ilə qədər olan dövrə aid) bütün Avropa dillərində 220 adda biblioqrafik siyahı daxil edilməsidir. Bu, Azərbaycan musiqisi tarixində unikal hadisədir.

Bəs F. Əlizadə üslubunun hansı cəhətləri tədqiqatçıların diqqətini xüsusilə cəlb edir? Bu, maraqlı və diqqətə layiq sualdır. Cavab isə belədir: Musiqi obrazlarının qabarıqlığı, tembr zərifliyi, dramaturji ölçü həddi, Avropa və Şərq musiqi alətlərinə əsl virtuoz kimi bələd olmaq, müxtəlif bəstəkarlıq texnikasından istifadə edilməsində tükənməz fantaziya...

Xaricdən alınan xəbərlərin sayı artmaqdadır. Və bu xəbərlərin hamısı Qərbin mədəniyyət xadimlərinin bizim məşhur həmvətənimiz, Azərbaycan Respublikasının fəxri və milli sərvəti olan, müasir dövrün görkəmli bəstəkarı Firəngiz Əlizadənin musiqisinə və yaradıcılığına tükənməz maraq barədədir.

Zeytulla Cabbarov

Əməkdar Jurnalist

Məxsusi olaraq AZƏRTAC üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin Azərbaycandakı səfiri: 2008-ci ildən etibarən Azərbaycandan 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO