Folklor İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 27 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə institutun direktoru, filologiya üzrə fəlsəfə doktoru Muxtar İmanov çıxış edərək, ermənilərin xarici havadarlarının köməyi ilə Azərbaycanın qədim yaşayış məskəni olan Xocalıda dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən söhbət açmışdır.
Bildirilmişdir ki, bu hadisə təkcə azərbaycanlılara deyil, bütövlükdə insanlığa qarşı yönəlmiş terror aktı olmaqla bərabər, həm də bəşəriyyətin qarşılaşdığı ən dəhşətli faciələr sırasında yer almışdır.
Tədbirdə filologiya üzrə fəlsəfə doktorları İslam Sadıq, Fəxrəddin Salim və başqaları çıxış edərək ermənilərin nəinki Xocalıda, eləcə də bütöv Qarabağ ərazisində törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini və bu işdə ziyalıların üzərinə böyük vəzifə düşdüyünü bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]