FOLKLOR KOLLEKTİVİNİN YARADICISININ YUBİLEYİ KEÇİRİLMİŞDİR
Lerik rayonunun Monidigah kəndində yaradılmış “Lakto” folklor rəqs kollektivi ötən illər ərzində bir neçə beynəlxalq müsabiqənin qalibi olmuş, laureat adını qazanmışdır. Rəqs kollektivinin uğurları onun yaradıcısı, kənd mədəniyyət evinin direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Abidin Əliyevin adı ilə bağlıdır.
Rayonun mədəniyyət evində onun 70 illik yubileyi keçirilmişdir. Çıxış edənlər “Lakto”nun yaradıcısının əməyini yüksək dəyərləndirmişlər. Yubiliyara Mədəniyyət Nazirliyinin, rayon mədəniyyət şöbəsinin və həmkarlar ittifaqı təşkilatının qiymətli hədiyyələri təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
- 29.09.2026 [03:50]