Formula 1 yarışlarının Çində yayımlanması üçün müqavilənin müddəti uzadılıb
Bakı, 22 mart, AZƏRTAC
Formula 1 yarışlarının yeni mövsümünün başlanmasına bir neçə gün qalmış “Liberty Media” Çinin dövlət teleşirkəti - CCTV ilə böyük müqavilə imzalandığını elan edib. AZƏRTAC “F1News.ru” ya istinadla xəbər verir ki, CCTV yüz saatdan çox birbaşa yayım hüququ satın alıb.
Formula 1 yarışlarının inkişaf strategiyası məsələləri üzrə direktoru Yan Qanqakumaran deyib: “Çin Formula 1 üçün əsas bazardır. Bizim azarkeşlər auditoriyasını xeyli artırmaq üzrə geniş planlarımız var. CCTV ilə müqavilə sayəsində əhatə dairəsinin genişləndirilməsi planımızın mühüm tərkib hissəsidir. Bundan əlavə, biz Çində yarışların təbliğini genişləndiririk. Qran-Pri ərəfəsində Şanxayda ilk dəfə azarkeşlər üçün festival keçirəcəyik. Yaxın aylarda biz Çində inkişaf strategiyamız barədə daha ətraflı informasiya təqdim edəcəyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [20:00]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyunu başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]