COP29
“Formula vlasti” proqramının növbəti buraxılışı COP29-a həsr olunub
Moskva, 25 noyabr, AZƏRTAC
“Rossiya 24” telekanalı Mixail Qusmanın “Formula vlasti” serialından növbəti verilişini yayımlayıb.
AZƏRTAC xəbər verir ki, bu dəfə proqram Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunub.
“Formula vlasti” proqramının müəllifi və aparıcısı Mixail Qusman BMT-nin Baş katibi Antonio Quterreş, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) rəhbəri şeyx Abdulla əl-Mandus, ÜMT-nin sabiq baş katibi Petteri Taalas, habelə Mozambik və Monqolustan prezidentləri Filipe Nyusi və Uxnaaqiyn Xurelsux ilə konfransın işi, iqlim dəyişikliyinin təhlükələri və onların aradan qaldırılması yolları ilə bağlı söhbət aparıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva