Fövqəladə Hallar Nazirliyi güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib
Bakı, 4 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda ölkə ərazisində müşahidə edilən güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
“Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, belə hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!” - deyə məlumatda bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:38]
Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
- 15.10.2026 [13:13]
Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm
- 15.10.2026 [13:01]