Fransa “EXPO 2025” beynəlxalq sərgisinə namizədliyini geri götürüb
Paris, 21 yanvar, AZƏRTAC
Fransa “EXPO 2025” beynəlxalq sərgisinə ev sahibliyi etmək uğrunda mübarizəni davam etdirməyəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Fransanın Baş naziri Eduard Filip “Expofrance 2025” ümumi maraq qrupunun sədri Paskal Lamiyə göndərdiyi məktubda bildirib.
Baş nazir qərarını üç əsas “struktur zəifliyi” ilə əsaslandırıb.
Qeyd edək ki, “EXPO 2025” universal sərgisindən əvvəl Fransa bir neçə beynəlxalq tədbirə, eləcə də 2024-cü ildə Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Bir neçə il ardıcıl beynəlxalq tədbirlərin keçirilməsi ölkə üçün maliyyə problemləri yaradır.
Hökumətin bu qərarı ilə ölkənin namizədliyini irəli sürən Paris meri də mətbuat vasitəsilə xəbər tutub.
Qeyd edək ki, Parisin imtinasından sonra 2025-ci ildə ümumdünya sərgisinin keçirilməsi uğrunda üç namizəd şəhər - Bakı, Yekaterinburq (Rusiya) və Osaka (Yaponiya) mübarizəni davam etdirəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]
Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb
- 16.06.2026 [11:59]
Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb
- 16.06.2026 [11:53]