FRANSA İLƏ ÇİN TİCARƏT ƏLAQƏLƏRİNİ GENİŞLƏNDİRİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu sözləri iki milyard dollarlıq 20 ədəd A330-300 markalı təyyarə almaq barədə Fransanın paytaxtında müqavilə bağlamış Çin Xalq Respublikası baş nazirinin müavini Zenq Teiyan söyləmişdir.
İki ölkə arasında daha 8 sahə üzrə əməkdaşlığa dair müqavilələr imzalanmışdır. Bu müqavilələr Çin dövlət başçısının bu ilin yanvar ayının sonlarında Fransaya rəsmi səfərindən sonra hər iki ölkə arasında ticarət sahəsində strateji əməkdaşlığın getdikcə inkişaf etdiyini göstərir.
Yeni müqavilələr Fransa və Çinin müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, əsasən Çində təyyarəqayırma, nəqliyyat və energetikanın inkişaf etdirilməsi, atom elektrik stansiyalarının tikilməsi və 2008-ci ildə Pekində keçirilməsi nəzərdə tutulmuş olimpiya oyunlarının translyasiya edilməsi üçün televiziya ötürücü qurğusunun quraşdırılmasına Fransa tərəfinin hərtərəfli yardımı məqsədini daşıyır.
Xatırladaq ki, ümumi razılığa əsasən Fransa Prezidenti Jak Şirak bu ilin oktyabr ayında Çinə rəsmi səfər edəcəkdir.