FRANSA PREZİDENTİ ASİYA ÖLKƏLƏRİNƏ SƏFƏRƏ GETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Yelisey sarayının mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Fransa Prezidenti Jak Şirak fevralın 17-20-də Tailand və Hindistanda işgüzar səfərdə olacaqdır. Jak Şirakın həmin ölkələrin dövlət başçıları və rəsmiləri ilə keçirəcəyi görüşlərdə Fransa ilə bu ölkələr arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq, Fransanın işgüzar dairələrinin bu dövlətlərə sərmayə yatırımı məsələsi və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılacaqdır.
Fransa Prezidentini bu səfərdə Xarici İşlər, Müdafiə, İqtisadiyyat, Xarici Ticarət və Turizm nazirliklərinin yüksək rütbəli rəsmiləri, habelə Alstom, Total, Areva, STMikroelektronik və digər nəhəng şirkətlərin nümayəndələri müşahidə edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]