FRANSA PREZİDENTİ QLOBAL İSTİLƏŞMƏNİ BƏŞƏRİYYƏT ÜÇÜN ƏN CİDDİ TƏHLÜKƏ ADLANDIRMIŞDIR
J.Şirak vurğulamışdır ki, postkioto formatına (Kioto protokolunun müddəti 2012-ci ildə başa çatır) istər varlı, istərsə də inkişaf etməkdə olan ölkələrdə parnik qazlarının bütün iri emitentləri daxil olmalıdır. Fransa Prezidenti əmindir ki, qlobal emissiya mütləq sabitləşdirilməli, 2050-ci ilədək isə iki dəfə azaldılmalıdır.
BMT-nin iqlimin dəyişməsi haqqında Çərçivə Konvensiyası üçün Kioto protokolunda 2008-2012-ci illərdə atmosferə karbon-4-oksidin, metan və digər sənaye qazlarının atılmasının 1990-ci illə müqayisədə 5,2 faiz azaldılması nəzərdə tutulur.
Kiotonun indiki formatında ABŞ və Avstraliya istisna olmaqla, yalnız qabaqcıl sənaye dövlətləri iştirak edirlər. Müşavirədə Çin, Hindistan və Braziliya kimi inkişaf etməkdə olan ölkələrə parnik təsiri yaradan emisiyyaların azaldılması üzrə yardım göstərilməsi məsələsi də müzakirə olunur.