Fransa şirkəti insanlığa qarşı cinayətdə iştirakda ittiham olunur
Paris, 17 yanvar, AZƏRTAC
Fransanın Lafarge sement şirkəti Suriyada insanlığa qarşı cinayətlərdə iştirakda ittiham olunur.
AZƏRTAC xəbər verir ki, Kasasiya Məhkəməsi fransız sement şirkətinin Suriyada insanlığa qarşı cinayətlərdə şərikliyi ittihamını qəti şəkildə təsdiqləyib. Ancaq Fransa qanunları suriyalı işçilərə tətbiq edilmədiyinə görə, məhkəmə başqalarının həyatını təhlükəyə atmaqla bağlı icraatını ləğv edib.
Lafarge qrupu müharibə şəraitində olan Suriyanın Cəlabiyyə şəhərində sement fabrikinin fəaliyyətini davam etmək məqsədilə törəmə şirkəti vasitəsilə 2013-2014-cü illərdə terrorçu qruplara bir neçə milyon avro ödəməkdə şübhəli bilinir. Məhkəmənin apardığı təhqiqatlar nəticəsində sement şirkətinin yalnız İŞİD terror qruplaşmasına 4,8 milyon ilə 10 milyon avro arasında vəsait köçürdüyünü müəyyənləşdirib.
2018-ci ildə Lafarge şirkətinə qarşı hüquqi şəxs qismində “insanlığa qarşı cinayətlərdə şəriklik”, “başqalarının həyatını təhlükəyə atmaq”, “terrorizmi maliyyələşdirmək” və “neft embarqosunu pozmaq” kimi ittihamlar irəli sürülüb.
Amerikada da böyük qalmaqala səbəb olmuş bu hadisədən sonra 2022-ci ilin payızında Lafarge günahını etiraf edib və 2013-2014-cü illər arasında Suriyanın şimalında İŞİD-ə və Nusra Cəbhəsinə maddi və maliyyə dəstəyi verdiyinə görə ABŞ-a 778 milyon dollar cərimə ödəməyə razı olub.
Bundan bir il sonra - 2023-cü ilin dekabrında yezidi icmasının üzvü olan Amerika vətəndaşları da Lafargeyə qarşı şikayət ərizəsi ilə müraciət ediblər. Onlar hesab edirlər ki, fransız sement istehsalçısı İŞİD qruplaşmasının “beynəlxalq terror aktlarına kömək edib”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [10:28]
BMT süni intellektin planetin təbii ehtiyatlarına mənfi təsirini araşdırıb
- 05.06.2026 [08:58]
ABŞ-li jurnalist Çin kəşfiyyatına çalışdığını etiraf edib
- 05.06.2026 [07:02]
ÇXR Sədri Si Cinpin Şimali Koreyaya səfər edəcək
- 05.06.2026 [06:36]
ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb
- 05.06.2026 [04:25]
“Politico”: ABŞ Almaniyaya “Tomahawk” raketlərinin tədarükünü ləğv edə bilər
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
- 04.06.2026 [20:53]
Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir
- 04.06.2026 [20:14]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 04.06.2026 [20:00]
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 04.06.2026 [19:55]
Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb
- 04.06.2026 [18:45]
Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar
- 04.06.2026 [18:38]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [18:36]
AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb
- 04.06.2026 [18:28]
AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir
- 04.06.2026 [18:20]
Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub
- 04.06.2026 [18:16]
Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək
- 04.06.2026 [18:14]
Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib
- 04.06.2026 [18:12]
BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir
- 04.06.2026 [18:09]
Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq
- 04.06.2026 [18:05]
Millinin voleybolçusu: İsveçlə oyunun çətin keçəcəyini gözləyirik
- 04.06.2026 [18:02]
Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub
- 04.06.2026 [17:56]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:48]
Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik
- 04.06.2026 [17:47]