Fransada baş verənlər Avropa dəyərlərinin və prinsiplərinin kobud şəkildə pozuntusudur
Bakı, 15 mart, AZƏRTAC
Fransada baş verənlər təhlükəli vəziyyət yaradıb. Bu, Avropa dəyərlərinin və prinsiplərinin kobud şəkildə pozuntusudur. Belə ki, 150 min əhali xalq adlanmaq hüququnu itirib.
AZƏRTAC xəbər verir ki, bunu “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində QHT-lərin təşəbbüsü ilə keçirilən “Korsika məsələsi və təməl insan hüquqlarının pozulması” adlı ictimai müzakirə zamanı Milli Məclisin deputatı Asim Mollazadə deyib.
O bildirib ki, korsikalıların öz dillərində danışmaq hüququ var. Korsikalılar öz hüquqlarını qorumağa çalışacaqlar. Mümkün deyil ki, Avropanın mərkəzində belə bir vəziyyət olsun.
"Fransa hökuməti bu məsələni qoyub gəlib hansısa qondarma “artsax” məsələsi ilə məşğul olmaq istəyir. Mən inanıram ki, Fransa xalqı bu təhlükəli vəziyyətdən çıxış yolu tapacaq. Bu, Fransa Respublikasının azadlıq və qardaşlıq prinsiplərinin pozuntusudur", - deyə Milli Məclisin deputatı qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:50]
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub
- 27.09.2026 [14:34]
Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib
- 27.09.2026 [13:52]