FRANSADA ŞƏRQ-QƏRB FESTİVALI KEÇİRİLMİŞDİR
Ədəbiyyat, musiqi, kino, rəssamlıq və digər sahələrini əhatə etmiş festivalda ölkəmizi jurnalist-tərcüməçi Əli Ələkbərli, kinorejissor Teymur Daimi, gənc bəstəkar və cazmen Şahin Növrəsli təmsil etmişlər.
Azərbaycan nümayəndə heyəti şəhər bələdiyyə idarəsində, məktəblərdə və digər ictimai yerlərdə görüşlər keçirmiş, ölkəmizlə bağlı həqiqətləri, Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti barədə məlumat vermişlər.
Festival çərçivəsində şəhər kilsəsində Qafqaz orkestrinin ifasında görkəmli bəstəkarımız Fikrət Əmirovun “Nizami” əsəri səslənmiş, aktyorlarımızın ifasında maraqlı tamaşalardan səhnələr, müasir şoular göstərilmiş, ölkəmizlə bağlı sənədli və bədii filmlər nümayiş etdirilmiş, musiqi əsərləri ifa olunmuşdur.
Ölkəmizin gənc təmsilçilərinin hər bir çıxışı fransızlarda böyük maraq doğurmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:29]
“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə
- 16.10.2026 [15:56]
Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib
- 16.10.2026 [14:51]