Fransada siyasi gərginlik yenidən artıb
Paris, 15 sentyabr, AZƏRTAC
Fransanın Milli Birlik Partiyasının lideri Marin Lö Pen Bordoda etdiyi çıxışı zamanı ölkədə yeni seçkilərə ehtiyac olduğunu bəyan edib.
AZƏRTAC xəbər verir ki, o, yenidən seçkiyə qayıdışın lazım olduğunu bildirib:"Milli alternativ gələcək. Əgər bu gün yoxdursa, sabah gələcək. Çünki hakimiyyət artıq nəfəsdən, baxışdan və xalqın dəstəyindən məhrumdur“.
Bu çağırış ölkədə son aylarda baş verən siyasi böhranlar və hökumət dəyişikliyi fonunda edilib. Xüsusilə, yeni Baş nazir Sebastyən Lökornünün təyinatı ictimai rəyə mənfi təsir göstərib. İki müxtəlif sorğu institutunun açıqladığı nəticələrə görə, fransızların cəmi 16 faizi Lökornünü dəstəkləyir.
Marin Lö Pen yayda hökumətin buraxılmasını yalnız ehtimal kimi dəyərləndirsə də, artıq bu məsələni zəruri addım kimi təqdim edib. “Bu artıq bir seçim deyil, məcburiyyətdir”, – deyə Lö Pen bildirib və prezident Emmanuel Makronu dərhal parlamenti buraxmağa çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]
Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]