FRANSADA YƏHUDİ QƏBİRİSTANLIĞI TƏHQİR EDİLMİŞDİR
Ölkənin daxili işlər naziri Dominik de Vilpən dərhal bu məsələyə münasibətini bildirərək, baş vermiş hadisəni pisləmişdir.
Fransa rəsmiləri Alzas rayonunda baş vermiş vandalizm hərəkətini fransız və yəhudi xalqları arasında mövcud dostluq münasibətlərini pozmaq cəhdi kimi qiymətləndirmişlər. Prezident Jak Şirak Baş nazirdən bütün zəruri imkanlardan istifadə etməklə yəhudi qəbiristanlığına qarşı növbəti antisemitizm hərəkəti törədənlərin tezliklə tapılıb hüquq orqanlarının mühakiməsinə verilməsini tələb etmişdir.
Xatırladaq ki, son altı ayda bu, yəhudi qəbiristanlığına qarşı törədilmiş üçüncü hadisədir. Bundan əvvəl Herrlişeym və Saverndəki yəhudi qəbiristanlıqları təhqirə məruz qalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]
Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
- 06.10.2026 [17:26]
Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb
- 06.10.2026 [17:04]
Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb
- 06.10.2026 [17:03]