Fransalı tennisçi: Azərbaycanda idmana və idmançılara diqqət, xüsusi hörmət var
Bakı, 22 iyul, Şahnaz Abdullayeva, AZƏRTAC
Artıq bir neçə gündür Bakıdayam. Məndə o qədər gözəl təəssüratlar yarandı ki, Azərbaycana yenidən gəlməyi və bu ölkə ilə yaxından tanış olmağı arzulayıram.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında yarışan fransalı tennisçi Etienne Marty deyib.
Tennisçi bildirib ki, Bakının gözəlliyi, Azərbaycanda idmana və idmançılara göstərilən diqqət, xüsusi hörmət ölkəmizə olan rəğbətini artırıb.
“Rusiyalı rəqiblə yarışdım. Qələbə qazanmaq o qədər də asan olmadı. Amma bacardım. Ümid edirəm ki, bütün oyunlarımı qələbə ilə bitirib Bakıdan ölkəmə medalla qayıdacağam”, - deyə fransalı tennisçi vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]