FRANSANIN İKİ VƏTƏNDAŞI TÜRKMƏNİSTANDAN ÇIXARILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Türkmənistanın milli təhlükəsizlik naziri Geldimaxamad Aşirmaxammadovun dövlət televiziyası ilə çıxışına istinadən xəbər verir ki, Fransanın iki vətəndaşı - bu ölkənin Aşqabaddakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Anri Tomasini və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Aşqabaddakı bürosunun əməkdaşı Benjamin Moro qeyri-qanuni fəaliyyətlə məşğul olmuşlar.
Geldimaxamad Aşirmaxammadov demişdir ki, bu adamlar ölkənin həbsxanaları, o cümlədən milli ordu və təhlükəsizlik xidmətlərinə aid olan binalarda videoçəkilişlər aparmış, müxtəlif informasiyalar toplamışlar. Bu da onların ölkədən çıxarılmasına səbəb olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:43]
Pakistan “Fətah-2” raketinin sınağını keçirib
- 13.10.2026 [16:25]
Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]