Fransanın “TV5 Monde” telekanalında Azərbaycana həsr olunmuş proqram yayımlanır VİDEO
Bakı, 3 dekabr (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyi ilə Fransanın “TV5 Monde” telekanalı arasında mövcud olan qarşılıqlı əməkdaşlıq çərçivəsində həmin telekanalın “ITINERIS” proqramının iki buraxılışı Azərbaycana həsr olunmuşdur.
Telekanalın əməkdaşları tərəfindən “Azərbaycan: Bakı və regionların irsi” adlı videoçarx hazırlanmışdır. İki hissədən ibarət olan videoçarxın ilk hissəsi artıq “TV5 Monde” telekanalında yayımlanmışdır. On üç dəqiqəlik bu videoçarxda Bakının tarixi-mədəni arxitekturaları, həmçinin milli mətbəxi haqqında məlumat verilir. Proqramın Quba şəhərinə həsr olunacaq ikinci buraxılışı isə dekabrın 5-də yayımlanacaqdır.
Videoçarxı http://www.tv5.org/cms/chaine-francophone/cultures/Tous-les-dossiers/ITINERIS/galerie/p-26892-Azerbaidjan-Bakou.htm linki vasitəsilə izləmək olar.