Azərbaycan Dövlət İnformasiya Agentliyi

Frensis Fukuyama: "post-fakt dünya"nın informasiya paradoksları

Frensis Fukuyama: "post-fakt dünya"nın informasiya paradoksları

Demək olar ki, bütün alimlər müasir dünyanın ziddiyyətlər və risklərlə dolu olduğunu etiraf edirlər. Onlar bu məsələni müxtəlif aspektlərdə izah etməyə çalışırlar. Amerikanın tanınmış elm adamı Frensis Fukuyama yazdığı son məqalələrin birində bu bağlılıqda diqqəti çəkən məqamlara toxunub. Yazıdan aydın görünür ki, F.Fukuyama müəyyən dərəcədə Qərbə özünütənqid nöqteyi-nəzərindən yanaşır. Hazırda dünya miqyasında informasiya sahəsində baş verən proseslərdə müəyyən maraqlı dairələrin (siyasi, maliyyə və s. xarakterli) rol oynadığını vurğulayır. İndi İnternetin köməyi ilə dünyanın müxtəlif regionlarında yaşayan insanlar anındaca informasiya mübadiləsi edə bilirlər. Bu, bir tərəfdən, geniş kommunikasiya imkanları yaradır, digər tərəfdən isə, konkret dairələrə bundan sui-istifadə etmək üçün şans verir. Təcrübə göstərir ki, böyük dövlətlər həmin fürsətdən daha çox yararlanmağa çalışırlar. Bu sırada F.Fukuyama ABŞ və Rusiyanın adını çəkir. Bütövlükdə alimin qaldırdığı məsələ və qoyduğu suallar üzərində düşünməyə dəyər.

İnformasiya şəbəkəsi: müasir dövrün imkanları və bunlardan sui-istifadə

Maraqlıdır, Qərbdə müasir dünyada baş verən müxtəlif təbiətli hadisələrin hərtərəfli analizi getdikcə özünütənqid xarakteri alır. Qlobal səviyyədə baş verən neqativ proseslərin kökünün Qərbin sosial-siyasi, informasiya, mədəni və s. sahələrdəki fəaliyyətində olduğu açıq etiraf edilir. Bu cür yanaşma həm də maraqlı elmi nəticələr əldə etməyə imkan yaradır.

Həmin sırada Frensis Fukuyamanın Avstraliyanın Strateji Siyasət İnstitutunun (ASPI) nəşri olan "The Strategist"dəki son məqaləsi çox maraqlıdır. Müəllif dünya miqyasında informasiyanın rolu, onun cəmiyyətə təsiri, beyinlərdə yaratdığı yanlış təsəvvürlər və bu kimi faktorlardan siyasi dairələrin istifadə etməsi üsulu haqqında aktual elmi qənaətlər əldə edib (bax: Francis Fukuyama. The emergence of a post-fact world / "www.aspistrategist.org.au", 19 dekabr 2016).

F.Fukuyama müasir dövrü "post-fakt dünya" kimi xarakterizə edir. İnformasiyanın cəmiyyətdəki rolu baxımından bu terminin ayrıca əhəmiyyəti vardır. "Post-fakt" termini indi KİV-in real faktlara deyil, müəyyən dairələrin "yaratdığı" faktlara əsaslandığını ifadə edir. Bunun əlamətləri kimi F.Fukuyama bütün nüfuzlu informasiya mənbələrinin məlumatlarının şübhə altına alınmasını göstərir. Eyni zamanda, alternativ "faktlar" ortaya qoyulur ki, reallıqda onların mənbəyi və keyfiyyəti ciddi şübhələr doğurur (bax: əvvəlki mənbəyə).

Bu fikirlərdə çağdaş dünyada informasiyanın dinamikası olduqca maraqlı kontekstdə izah olunub. Belə ki, obyektiv informasiya vermək funksiyası yerinə yetirən rəsmi mənbələrin yaydıqları informasiyalar mənbəyi aydın olmayan, lakin məhdud dairələrin marağına xidmət edən başqa qaynaqlar tərəfindən təkzib olunur. Və bu cəfəngiyata milyonlarla insan inanır. Ən təhlükəli məqam bundan ibarətdir. F.Fukuyama misallarla göstərir ki, siyasi mübarizədə, müharibədə, böhranların idarə edilməsində, haradasa təxribatçı vəziyyət yaratmaqda bu priyomdan necə istifadə edirlər.

Müəllifin qənaətinə görə, 2016-cı ildə informasiyadan "post-fakt" keyfiyyətindən daha çox Rusiya istifadə edib. Konkret olaraq Rusiya KİV-i ukraynalı milliyyətçilərin kiçik oğlan uşağını öldürdüklərini, yaxud Malayziyaya məxsus "Boeing" təyyarəsini Ukrayna silahlı qüvvələrinin vurduğunu dünyaya yaydı. Eyni ilə həmin mənbələr Şotlandiyada müstəqilliklə bağlı debatları qızışdırdılar, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ətrafında informasiya fırtınası yaratdılar və həmçinin Ukrayna ilə Aİ arasındakı assosiasiya haqqındakı sazişlə əlaqədar Hollandiyada referendumun keçirilməsini həvəsləndirdilər (bax: əvvəlki mənbəyə). Bununla da Avropada inteqrasiya tərəfdarlarının mövqeyi zəiflədildi.

Digər nümunə isə ABŞ-da keçirilən prezident seçkisidir. D.Tramp yalan informasiya ilə öz marağına uyğun manipulyasiya etmək sahəsində rəqiblərindən daha qabağa gedə bilib. O, seçki kampaniyasında B.Obamanın Amerikada anadan olmadığı haqqında ağızdolusu danışıb. Bunu D.Tramp hətta B.Obama doğum şəhadətnaməsini nümayiş etdirdikdən sonra belə edib. Çünki geri çəkilsəydi, yalançı olduğu bilinərdi. Qəribəsi odur ki, Amerika kimi yüksək inkişaf etmiş cəmiyyətdə çoxluq D.Trampın yalanına inandı.

Eyni məntiqlə D.Tramp Federal Ehtiyat Sisteminin H.Klintonun xeyrinə işlədiyini bəyan edirdi. O, seçkinin saxta olacağını və nəticələrini tanımayacağını söyləyirdi. Bu zaman heç bir tutarlı arqument gətirmirdi. Lakin yenə də maraqlıdır ki, insanlar təsdiqini tapmayan bu informasiyalara inandılar. Onları rəsmi olaraq təqdim edilən sənədlər inandıra bilmədi. F.Fukuyama məhz bu kimi məqamları nəzərə alaraq sual edir ki, nəyə görə artıq dünyada rəsmi mənbələrin informasiyasına deyil, mənbəyi bəlli olmayan, faktsız məlumatlara inanırlar?

Siyasətin "trolli"ləri və robotları: milyonlara təsir etməyin nəticələri

Doğrudan da bu, müasir dövrün siyasi taleyi aspektində çox maraqlı məqamdır. Onun üzərində daha geniş aspektlərdə, elmi müstəvidə düşünməyə dəyər. Burada onu vurğulayaq ki, F.Fukuyama diqqəti çəkən bir neçə arqument irəli sürür. O yazır ki, hazırda informasiya bazarında "trolli"lər və robotlar üstünlük təşkil edirlər. "Trolli" Skandinaviya nağıllarında ovsunçudur, cadugərdir.

Bu obraz müasir dövrdə konkret dairələrin informasiyalardan milyonları ovsunlamaq, onları məlumatların məzmununa varmadan inandırmaq üsulunu ifadə edir. Robotlar da eyni funksiyanı yerinə yetirirlər. Konkret olaraq onlar mənasını başa düşmədən, sual etmədən əmrləri yerinə yetirən kütlələrin mövcudluğunu ifadə edirlər.

İkinci fakt kimi F.Fukuyama hazırda İnternetin insanların həyatında oynadığı rolu vurğulayır. Onun qənaətinə görə, məhz bu informasiyayayma şəbəkəsi rəsmi mənbələrin məlumatlarına şübhə yaranmasında ciddi rol oynayıb. Belə ki, dünyanın hər yerində insanlar istədikləri informasiyaya təsdiq tapmadan, sübut tələb etmədən maraqlı olay kimi çata bilirlər. Kütlələri daha çox qeyri-adi məzmunlu məlumatlar maraqlandırır. Burada təbii ki, rəsmi dairələrə etibarın olmaması da öz rolunu oynayıb. Lakin amerikalı alimin fikrincə, İnternet həm də müsbət funksiya yerinə yetirir. Sübut kimi, bu şəbəkənin dünyanın müxtəlif yerlərində yaşayan insanların bir yerə toplanmasında rolunu göstərir. Məhz həmin üsulla müxtəlif ölkələrdə (məsələn, Gürcüstan, Ukrayna və s.) "rəngli inqilablar" etmək mümkün oldu.

Fukuyamanın sonuncu arqumentinin obyektivliyi ilə bağlı fikir bildirmək istəmirik. Ancaq həmin məqamda alimin müəyyən həqiqətləri demədiyini də vurğulamaq istərdik. Məsələ ondan ibarətdir ki, "rəngli inqilablar"ın təşkili faktiki olaraq başqa dövlətlərin daxili işlərinə qarışmaqdır. Bu, hansı meyarlara görə müsbət hal kimi qəbul edilsin? Əksinə, əgər İnternet "rəngli inqilablar", o cümlədən "ərəb baharı" adlanan proseslərə təkan verdisə, bu, bəşəri səviyyədə fəlakət deməkdir. F.Fukuyamanın bir sıra ölkələrin, məsələn, Çin və İranın İnternetə qoyduqları senzuradan narazı danışması elə də başadüşülən deyil. Çünki təcrübə göstərir ki, "informasiya qapıları tam açıq olanda", Qərbin siyasi dairələri hər yerə yeri gəldi-gəlmədi baş vurur, oralarda yalnız öz maraqlarının təmin edilməsinə çalışırlar. İnanmırıq ki, deyək ki, Çin, yaxud Rusiya ABŞ və Avropaya qarşı bu cür davransa, Fukuyama onu müsbət hal kimi qiymətləndirsin.

Nəhayət, F.Fukuyama bizim üçün də çox maraqlı olan başqa bir faktoru qeyd edir. O yazır ki, informasiyanın dinamikasında siyasi dairələrin təsiri çox güclü olur. O cümlədən onların maraqları həqiqəti gizlətməyə, milyonlara yalan sırımağa imkan yaradır. Buna nümunə kimi İraqa və Əfqanıstana müdaxilə ərəfəsində Qərb KİV-də hansı məzmunda informasiyaların yayılmasını göstərmək olar. Səddam Hüseyni sorğulayan amerikalı kəşfiyyatçı indi etiraf edir ki, İraqın devrilmiş prezidenti nə kütləvi qırğın silahına malik olduğunu, nə də "əl-Qaidə"yə yardım etdiyini qəbul etmişdi. O, bunları qətiyyətlə inkar edir və əksinə, ABŞ-ı günahlandırırdı ki, "əl-Qaidə" məsələsində İraq hakimiyyətinə kömək etmir. Lakin bütün bunlar indi etiraf olunur. İraqa müdaxilə zamanı isə KİV tamam başqa şeylərdən yazırdı - kütləvi qırğın silahlarından tutmuş, S.Hüseynin qadın düşkünü olduğuna qədər yalanları gecə-gündüz beyinlərə yeridirdilər.

Eyni vəziyyət erməni KİV-in yaydığı yalan məlumatlara Qərbdə dəstək vermələrində müşahidə olunub. Paralel olaraq Azərbaycan əleyhinə "qara piar" kampaniyaları təşkil ediblər. Dəfələrlə bunun şahidi olmuşuq və indi də analoji halı görürük. Xüsusilə son zamanlar Türkiyəyə qarşı sərhədsiz böhtan kampaniyası aparırlar və bunların arxasında Qərbin siyasi dairələrinin dayandığı üzə çıxmaqdadır.

Yuxarıda vurğulananlar doğrudursa, nəticə nədən ibarətdir? Belə görünür ki, mövcud şərtlər daxilində Qərbin yalançı informasiyalar yaymaq praktikasına son qoyulmayacaq. Nə qədər ki, geniş maliyyə imkanlarına malik məhdud dairələr at oynadırlar və onların artıq "çürümüş rəsmi orqanlara" (F.Fukuyama) təsiri güclüdür, dünyada sabitlik, barış, sakitlik mümkün deyil. Etiraf edək ki, çox bədbin nəticədir, ancaq həqiqətdir!

Elsevər Abdullayev

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata latiq görülüb

“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl inteqrasiyası Avropanın enerji xəritəsini dəyişir - ŞƏRH

Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub

Nihal Hacıyeva: Vahid məktəbli geyimi şagirdlərdə bərabərlik və məsuliyyət hissini gücləndirir

Babək rayonunda üçəm dünyaya gəlib

Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq

Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şəqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb