Fuad Axundovun Bakıda Aleksandr Nevski pravoslav kilsəsi haqqında mühazirəsi dinlənilib
Bakı, 11 oktyabr, AZƏRTAC
Bakı Yeparxiyasının dini-mədəni mərkəzində tanınmış bələdçi və Bakı sirlərinin kolleksioneri Fuad Axundov mühazirə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib.
Bakı Yeparxiyasının katibi arximandrit Aleksi (Nikonorov) tədbirin açılışında çıxış edib.
Mühazirə zamanı qonaqlar Qafqazda ən böyük məbəd - Bakıdakı Müqəddəs Şahzadə Aleksandr Nevski pravoslav kilsəsi haqqında daha çox məlumat əldə ediblər. Bu əzəmətli məbədin tikintisi 10 il davam edib, təqdis etmə mərasimi 1898-ci il oktyabrın 8-də keçirilib.
Mühazirə “Bakı haqqında” layihə çərçivəsində Bakı və Azərbaycan yeparxiyaları tərəfindən təşkil olunub. “Bakı haqqında” layihə Bakıdakı Rus Evinin dəstəyi ilə Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən keçirilir.