Fudokançımız Ülvi Məmmədov ölkəmizi dünya çempionatında təmsil edəcək
Bakı, 25 oktyabr, AZƏRTAC
Noyabrın 5-7-də İstanbulda Dünya Şotokan Federasiyasının (WSF) təşkilatçılığı ilə 11-ci dünya çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışda WSF-in Azərbaycan nümayəndəliyinin və Bakı Karate-do Akademiyasının böyüklər kateqoriyasında idmançısı, ikinci dan qara kəmər sahibi Ülvi Məmmədov (+84 kq) ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, Ülvi Məmmədov oktyabrın əvvəlində Polşanın Katovis şəhərində 30-dan çox ölkənin iştirakı ilə keçirilən fudokan üzrə 25-ci Avropa çempionatında komanda döyüşlərində bürünc medal qazanıb.