Futbol üzrə Almaniya çempionatında qış fasiləsi başa çatıb
Bakı, 21 yanvar, AZƏRTAC
Futbol üzrə Almaniya Bundesliqasında qış fasiləsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, ilin ilk oyununda “Frayburq” lider “Bavariya”nı qəbul edib. Münxen klubu ikinci dövrənin ilk görüşündə əvvəlcə hesabda geri düşsə də, sonda qələbə qazanmağı bacarıb. Robert Levandovski dubl ilə yadda qalıb. Belə ki, forvard hesaba tarazlıq gətirdikdən sonra qarşılaşmaya əlavə olunmuş birinci dəqiqədə yenə adını tabloya yazdırıb - 2:1.
Beləliklə, Karlo Ançelottinin yetirmələri tura qələbə ilə başlayıblar.