FUTBOL ÜZRƏ AZƏRBAYCAN YIĞMASI “A” QRUPUNDA YARIŞACAQDIR
Bakı, 13 iyul (AZƏRTAC). Avqustun 17-23-də Litvanın Palanqa şəhərində yeniyetmələrdən ibarət yığma komandaların ənənəvi futbol turniri keçiriləcəkdir.
AFFA-nın mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan yığması (U-17) Ukrayna və Litva komandaları ilə birlikdə “A” qrupuna düşmüşdür. Komandamız avqustun 19-da ukraynalılarla, 21-də isə litvalılarla qarşılaşacaqdır.
Avqustun 22-də qrup görüşlərinin qalibləri arasında final qarşılaşması olacaqdır. Elə həmin gün 3-5-ci yerlər uğrunda görüşlər keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:14]
Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib
- 16.10.2026 [13:03]