Futbol üzrə İtaliya çempionatının 2021-2022-ci il mövsümünün təqvimi açıqlanıb
Bakı, 15 iyul, AZƏRTAC
Futbol üzrə İtaliya çempionatının 2021-2022-ci il mövsümünün başlayacağı tarix açıqlanıb.
AZƏRTAC İtaliya Futbol Federasiyasının rəsmi səhifəsinə istinadla xəbər verir ki, yeni mövsüm avqustun 20-də start götürəcək. Çempionata 2022-ci il mayın 22-də yekun vurulması nəzərdə tutulub.
Təqvimə əsasən birinci turun mərkəzi qarşılaşması sentyabrın 18-də “Yuventus” və “Milan” komandaları arasında oynanılacaq. Yeni mövsümün 9-cu turunda (23-24 oktyabr) “İnter” və “Yuventus” arasında prinsipial oyun baş tutacaq. Milan derbisi (“Milan” - “İnter”) isə noyabrın 7-də təşkil olunacaq.
Birinci turun ilk oyunları aşağıdakılardır:
“Bolonya” - “Salernitana”;
“Kalyari” - “Spezia”;
“Empoli” - “Latsio”;
“Hellas Verona” - “Sassuolo”;
“İnter” - “Cenoa”;
“Napoli” - “Venesiya”;
“Roma” - “Fiorentina”;
“Sampdoriya” - “Milan”;
“Torino” - “Atalanta”;
“Udineze” - Yuventus”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:14]
Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib
- 16.10.2026 [13:03]