FÜZULİ RAYONUNDA MÜASİR TİBB MƏRKƏZİ TİKİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Füzuli rayonunda Tibb mərkəzinin təməlinin qoyulması mərasimində iştirak etmişdir.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına məlumat verdi ki, mərkəz 2 hektarlıq sahədə yerləşəcəkdir. Üç korpusdan ibarət mərkəzdə qəbul otağı, stasionar şöbə, rentgen kabineti, laboratoriya, inzibati şöbə, əməliyyat bloku, reanimasiya və doğum şöbələri olacaqdır. Yeni tibb ocağında ətraf bölgələrdən gələnlərə də tibbi xidmət göstəriləcəkdir. Tibb mərkəzində yardımçı otaqlar, mətbəx, yeməkxana, daimi elektrik enerjisi təchizatı olacaq, qazanxana, camaşırxana tikiləcəkdir. Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikiləcək səhiyyə ocağı ən müasir tibb avadanlığı ilə təchiz ediləcəkdir.
Prezident İlham Əliyev gilizi təmələ qoydu və beton qarışığı tökdü.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |




