Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi
Bakı, 22 avqust, AZƏRTAC
Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi Çərəkən çayının sahilində yerləşir.
Əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşməni ağır məğlubiyyətə uğradan rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Aşağı Əbdürrəhmanlı kəndinin görüntülərini təqdim edir.