Füzuli rayonunun Dövlətyarlı kəndi
Bakı, 7 noyabr, AZƏRTAC
Füzuli rayonunun Dövlətyarlı kəndi Qarabağ silsiləsinin ətəyində, Köndələnçayın sol sahilində yerləşir.
Kənd Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Dövlətyarlı kəndi Vətən müharibəsində düşməni darmadağın edən rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci il noyabrın 9-da işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kəndin görüntülərini təqdim edir.