Füzuli rayonunun Mirzəcamallı kəndi FOTO
Bakı, 21 dekabr, AZƏRTAC
Füzuli rayonunun Mirzəcamallı kəndi eyni adlı inzibati ərazi vahidində, Köndələnçayın sahilində, dağətəyi ərazidə yerləşir. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub.
Kənd Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 9-da kəndi işğaldan azad edib. Vətən müharibəsində sonra yeni inşa edilən Füzuli Beynəlxalq Hava Limanı bu kəndin ərazisində yerləşir.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Mirzəcamallı kəndinin görüntülərini təqdim edir.