Füzuli rayonunun Qaraxanbəyli kəndi FOTO
Bakı, 15 dekabr, AZƏRTAC
Füzuli rayonunun Qaraxanbəyli kəndi eyni adlı inzibati ərazi vahidində yerləşir. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub.
Kənd Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Qaraxanbəyli kəndinin görüntülərini təqdim edir.