Füzuli sakini: Doğma yerlərə getdiyim üçün sevincli və bir o qədər də həyəcanlıyam
Bakı, 18 yanvar, AZƏRTAC
Bu gün ailəmlə birlikdə öz doğma yurdumuza qayıdırıq. Füzulidən çıxmağa məcbur olanda 16 yaşım var idi. Hazırda isə 47 yaşında uşaqlığımın və gəncliyimin keçdiyi doğma yerlərə getdiyim üçün sevincli və bir o qədər də həyəcanlıyam.
AZƏRTAC xəbər verir ki, bu sözləri Füzuliyə qayıdan keçmiş məcburi köçkün Habil İbrahimov söyləyib.
O, torpaqlarımızı işğaldan qurtaran Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, diləyib.
H. İbrahimov istər məcburi köçkünlük zamanında, istərsə də indi dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını bildirib.
O, Bakıda Xəzər rayonu Binə qəsəbəsində məskunlaşdıqlarını vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:32]
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş olub
- 09.10.2026 [18:51]
Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO
- 09.10.2026 [18:21]
Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO
- 09.10.2026 [18:13]