Füzuli sakini: Sevincimi sözlə ifadə etməkdə çətinlik çəkirəm
Bakı, 18 dekabr, AZƏRTAC
Təəssüratlarımı, sevincimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Çünki bu gün uzun illər ayrı qaldığımız doğma el-obamıza qayıdırıq. Çox sevincliyəm, eyni zamanda, fərqli hisslər yaşayıram. Artıq məcburi köçkünlük həyatım bitdi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində keçmiş məcburi köçkün, Füzuli sakini Nuriyyə Cənnətəliyevə söyləyib.
Füzuliyə qayıdan sakin torpaqlarımızın azad olunmasında əməyi olan Azərbaycan Ordusuna təşəkkür edib, yaralılara şəfa, şəhidlərə rəhmət diləyib.
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Qələbə qazandı, torpaqlarımızı işğaldan azad etdi. Bizə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarıq",- deyə N. Cənnətəliyeva bildirib.
Bundan sonrakı ömrünü doğulub boya-başa çatdığı yerdə yaşamaq istədiyini deyən N.Cənnətəliyeva ailəsi ilə birgə getdiyini vurğulayıb.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə yüksələn bir neçə qohumu var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:42]
“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu
- 07.10.2026 [15:35]
Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb
- 07.10.2026 [15:31]