Füzuli və Xocavənddə yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
Bakı, 10 sentyabr, AZƏRTAC
Sentyabrın 9-da Füzuli rayonunun Əhmədalılar kəndinin və Xocavəndin Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, araşdırmalar nəticəsində yanğını müvafiq olaraq 1964-cü il təvəllüdlü Süleyman Məmmədovun və 2001-ci il təvəllüdlü Kənan Abdullayevin törətdikləri müəyyən olunub. Onların barəsində inzibati qanunvericiliyə uyğun 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib.
Hər iki hadisə nəticəsində 1 hektardan artıq ərazidə quru ot sahəsi yanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:22]
Donor qanı hansı yoxlamalardan keçirilir?
- 04.06.2026 [15:51]
Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir
- 04.06.2026 [15:44]