REGİONLAR
Füzulidə dörd sinfə Vətən müharibəsi şəhidlərinin adları verilib VİDEO
Füzuli, 19 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzulidə şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir. Növbəti dəfə rayonun Böyük Bəhmənli kəndində dörd sinfə Vətən müharibəsi şəhidlərinin adları verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli rayonu Böyük Bəhmənli kənd şəhid Ehtiram Piriyev adına 1 nömrəli tam orta məktəbində Vətən müharibəsi şəhidləri Əliyev Şamil Xançoban oğlu, Süleymanov Elçin Tehran oğlu, Qubatov Tural Firəddin oğlu, Talıbov Məhəmməd Aydın oğlunun adlarının əbədiləşdirilməsi məqsədilə sinif otaqlarına adları verilib.
Bununla əlaqədar məktəbdə keçirilən tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin əməkdaşları, şəhid ailələri, qazilər və məktəb kollektivi iştirak ediblər. Əvvəlcə Vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda 44 günlük Zəfər yürüşündən söhbət açılıb. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu əsl qəhrəmanlıq nümayiş etdirərək Vətən torpaqlarını yağı düşməndən azad etdi. Bu şanlı tarixi qələbədə şəhidlərimizin əvəzsiz xidmətlərindən danışılıb. Bildirilib ki, onlar canlarını Vətən uğrunda fəda etməklə həm də gələcək nəsillər üçün vətənpərvərlik örnəyi olublar və şəhidlərin əziz xatirəsi daim qəlblərdə yaşayacaq