FÜZULİDƏ RFF İB-NİN İŞTİRAKI İLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı, 29 iyul (AZƏRTAC). Bu günlərdə Füzuli rayonunun Qayıdış qəsəbəsində Regional Futbol Federasiyası İctimai Birliyinin (RFF İB) iştirakı ilə idman tədbiri keçirilmişdir.
Mərasimdə RFF İB-nin prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Füzuli rayon Gənclər və İdman İdarəsinin rəisi Adil Ələsgərov, icra hakimiyyəti başçısının Qayıdış qəsəbəsi üzrə nümayəndəsi Mehrac Səfərəliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışmış, Prezident İlham Əliyevin idmana yüksək diqqət və qayğısından, bunun nəticəsi olaraq Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasından geniş söhbət açmışlar.
Tədbirin Ağdamın işğalı gününə təsadüf etdiyini söyləyən İsgəndər Cavadov əmin olduğunu bildirmişdır ki, işğal altındakı bütün Azərbaycan əraziləri, o cümlədən Ağdam və Füzuli rayonları da dövlətimizin başçısı İlham Əliyevin səyləri nəticəsində azad olunacaqdır.
RFF İB-nin prezidenti ölkəmizdə idmanın inkişafının prioritet sahələrdən biri olduğunu vurğulayaraq belə tədbirlərin ənənəvi xarakter daşıyacağını söyləmişdir.
Sonda UGİM və “Məhsul” komandalarının hər birinə idman geyimləri və top paylanılmışdır.
UGİM və “Məhsul” komandaları arasında keçirilən görüş tədbirə toplaşanların marağına səbəb olmuşdur. Oyun 4:1 hesabı ilə UGİM komandasının xeyrinə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]