FÜZULİNİN QAZAXLAR KƏNDİNDƏ YÜK MAŞINI MİNAYA DÜŞMÜŞDÜR
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin təlim və keyfiyyətin təminatı qrupundan AZƏRTAC-a verilən məlumata görə, mayın 13-dən 14-ə keçən gecə saat 1 radələrində Füzuli rayonunun Qazaxlar kəndi ərazisində “QAZ-66” markalı yük maşını tank əleyhinə minaya düşmüşdür. Nəticədə 3 nəfər həlak olmuş, 3 nəfər isə ağır bədən xəsarəti almışdır.