Gədəbəydə bu ilin məhsulu üçün 2333 hektar sahədə payızlıq səpin aparılıb
Gədəbəy, 25 fevral, Rauf Hacıyev, AZƏRTAC
İqtisadiyyatının əsasını əkinçilik və heyvandarlığın təşkil etdiyi Gədəbəy rayonunda ötən il bu sahənin inkişaf etdirilməsi istiqamətində zəruri işlər aparılaraq məhsul istehsalçılarına lazımi dəstək verilib və müvafiq köməkliklər göstərilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2019-cu il ərzində rayonda 10 min 377 hektar kartof, 1813,8 hektar buğda, 191 hektar arpa, 240 hektar kələm, 79,4 hektar yerkökü, 9 hektar qarğıdalı, 75 hektar çuğundur, 90,2 hektar digər tərəvəz məhsulları və təcrübə məqsədilə 10 hektar tütün olmaqla ümumilikdə 12 min 885,4 hektar əkin aparılıb.
Sahələrdən 118 min 297 ton kartof, 5 min 351 ton buğda, 325 ton arpa, 39,6 ton qarğıdalı, 3 min 456 ton kələm, 1125,2 ton yerkökü, 3,4 ton quru tütün və 1473,5 ton digər tərəvəz məhsulları yığılıb.
Orta məhsuldarlıq hər hektara kartof, buğda və tərəvəz sahəsində müvafiq olaraq 114, 29,5 və 163,3 sentner təşkil etmişdir.
2020-ci ilin məhsulu üçün 2243 hektar buğda, 90 hektar arpa olmaqla, ümumilikdə 2333 hektar sahədə payızlıq səpin aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:57]
TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib
- 16.10.2026 [17:47]
Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub
- 16.10.2026 [17:38]
Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur
- 16.10.2026 [17:26]
Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir
- 16.10.2026 [17:17]
AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
- 16.10.2026 [17:15]
Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb
- 16.10.2026 [17:12]
AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir
- 16.10.2026 [16:49]