Gələcəyin sualtı qayıqları “görünməz” olacaq

Bakı, 29 aprel, AZƏRTAC
Müasir dövrdə, getdikcə daha çox ölkə hərbi texnika nümunələrində və ümumiyyətlə, hərbi fəaliyyətlərində yeniliklər etməyə çalışır. Hər hansı hərbi qarşıdurmaya qarşı ən yaxşı müdafiə baxımından daha çox diqqət çəkən obyektlərdən biri sualtı qayıqlardır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu səbəbdən Rusiya-Ukrayna və İsrail-Fələstin münaqişələri fonunda Almaniya və Avstraliya kimi bəzi ölkələr müdafiə sənayelərinə, xüsusilə bu növ məhsullara yatırımlarını artırmağa başlayıblar.
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb. Dənizdə aşkarlanması çətin olduğu üçün “Gözəgörünməz köpəkbalığı” (Ghost Shark) adlandırılan sualtı qayıq Avstraliya hərbi donanması tərəfindən işlənərək hazırlanıb. Qayıq böyük olmayan ölçüləri ilə seçilir və bu xüsusiyyəti dənizdə hərəkət edərkən onu daha da “görünməz” edir.
Digər xüsusiyyətlərinə gəldikdə, bu tip sualtı qayıq insan tərəfindən idarə edilən sualtı qayıqların heyətini dəstəkləmək üçün hazırlanıb. Buna görə də, yeni qurğu vasitəsilə heyət sayını çoxaltmağa ehtiyac olmadan komandaların hücum gücünü artırmaq mümkün olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2025 [14:53]
Pentaqon hərbi nəqliyyat təyyarələrini Avropa bazalarına yerləşdirib
- 18.06.2025 [14:47]
Pezeşkian İranın böhrandan çıxa biləcəyinə ümid edir
- 18.06.2025 [14:10]
Türkiyənin müdafiə naziri İranla sərhədə yollanıb
- 18.06.2025 [14:04]
Ukrayna Ali Radası çoxsaylı vətəndaşlıq haqqında qanunu dəstəkləyib
- 18.06.2025 [13:31]
Media: Tramp Rusiya neftinin qiymətinin aşağı salınması əleyhinədir
- 18.06.2025 [12:20]
Tramp: ABŞ İranın hava məkanına tam nəzarət edir
- 18.06.2025 [11:58]
IRNA agentliyi: İran Tehran yaxınlığında İsrailin F-35 təyyarəsini vurub
- 18.06.2025 [11:24]