GƏMİÇİLƏR ŞƏHİD AİLƏLƏRİNƏ YARDIM ETMİŞLƏR
Xəzər Dövlət Dəniz Gəmiçiliyində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar matəm mərasimi keçirilmişdir.
Mərasimdən əvvəl iştirakçılar Şəhidlər xiyabanını ziyarət edərək, xalqımızın qəhrəman övladlarının məzarları üstünə tər qərənfillər düzmüz, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsində canlarını qurban verən 18 şəhid ailəsinə və torpaqlarımızın bütövlüyü uğrunda sağlamlığını itirmiş 14 dənizçiyə maddi yardım göstərilmiş, onların evlərinə ərzaq bağlamaları göndərilmişdir.