Gənc cüdoçular arasında Bakı şəhər açıq birinciliyinə start verilib
Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 12-də “Sərhədçi” Olimpiya İdman Kompleksində cüdo üzrə gənclər arasında Bakı şəhər açıq birinciliyinə start verilib.
Azərbaycan Cüdo Federasıyasından AZƏRTAC-a bildiriblər ki, ilin ilk yarışı iki gün davam edəcək. Paytaxt birinciliyində 200-ə yaxın cüdoçu qüvvəsini sınayır.
Yarışın ilk günündə qızların mübarizəsində bütün çəki dərəcələrində qaliblər müəyyənləşib. Oğlanların yarışında isə 55 və 60 kiloqram çəki dərəcələrində qarşılaşmalar başa çatıb.