GƏNC DƏMİRYOLÇULAR KOREYA RESPUBLİKASINDA TƏCRÜBƏ KEÇMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) bir qrup gənc mütəxəssisi avqustun 21-dən sentyabrın 11-dək Koreya Respublikasının paytaxtı Seulda təcrübə keçmişdir.
ADDY-nin nümayəndələri 23 günlük təlim kurslarında bu ölkədə dəmir yollarının, lokomotiv və vaqonların vəziyyəti ilə tanış olmuş, yüksək və adi sürətli qatarlarla gəzintilərdə iştirak etmiş, qatarların təmiri üzrə zavodlara baş çəkmişlər. Onlar dünyada tanınmış HYUNDAY, POSCO və ROTEM zavodlarında ekskursiyada da olmuşlar.