QAN YADDAŞI
“Gənc İstedadlar liseyi”ndə tədbir: “Unudulmayan acı - Xocalı”
![](/files/galleryphoto/2023/1/1200x630/16772603963742041931_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16772603964474057424_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/167726039647834412_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/1677260396297421139_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16772603964031150349_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16772603962745048940_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16772603962019722550_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/1677260396206635660_1200x630.jpeg)
Bakı, 24 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin nəzdində “Gənc İstedadlar liseyi”ndə “Unudulmayan acı - Xocalı” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin, habelə Türkiyədə zəlzələ zamanı həyatını itirən bacı və qardaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.
Liseyin direktoru Arif Bağırov Xocalı faciəsi və onu dünyaya çatdıran Çingiz Mustafayev haqqında məlumat verib.
Müəllimlər Gülşən Əliyeva, Şamama Quliyeva, Kifayət Şamilova çıxış edib, Xocalı soyqırımının insanlığa qarşı cinayət olduğunu bildiriblər.
Liseyin əməkdaşı olan Xocalı şəhidinin övladı Salatın Əhmədova da tədbirdə iştirak edib.
Şagirdlər musiqi müəllimi Kəmalə Əliyevanın təqdimatında Xocalı faciəsinə həsr olunan mahnı və şeirlər ifa ediblər.