GƏNC LİDERLƏR ÜÇÜN YAY UNİVERSİTETİ AÇILMIŞDIR
Qazax, 10 avqust (AZƏRTAC). Avqustun 9-da Qazax Olimpiya-İdman Kompleksində “Gənc liderlər üçün Yay Universiteti”nin açılışı olmuşdur.
Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rauf Hüseynov, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev, “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı çıxış edərək ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışmışlar. Natiqlər gənclərin hər sahədə qazandıqları uğurları bu qayğının nəticəsi kimi qiymətləndirmişlər.
Tədbirdə bildirilmişdir ki, “Yay Universiteti”ni iştirakçıların sayına və proqramın zənginliyinə görə ən yaxşı düşərgə hesab etmək olar.
Düşərgədə ən fəal 100 gənc üçün natiqlik bacarığı, liderlik təlimləri, işgüzar etiket, layihələrin yazılması və idarə olunması, insan hüquqları, şəbəkələşmə, müasir internet texnologiyaları mövzularında təlimlər keçiləcək, Azərbaycan tarixinin XX əsri əhatə edən dövrü və azərbaycançılıq ideyası haqqında mühazirələr oxunacaqdır.
Bununla yanaşı, gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün maraqlı intellektual oyunlar, ekskursiyalar, idman yarışları, mədəni-əyləncəli proqramlar təşkil olunacaqdır. Gənclər ətraf rayonları da gəzəcək, sərhədyanı hərbi hissələrdə olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]