GƏNC LİDERLƏR ÜÇÜN YAY UNİVERSİTETİNDƏ AZƏRBAYCAN TARİXİ GÜNÜ KEÇİRİLMİŞDİR
Qazax, 13 avqust (AZƏRTAC). Avqustun 13-də Gənc Liderlər üçün Yay Universitetində Azərbaycan tarixi günü keçirilmişdir.
Milli Məclisin deputatı, professor Cəmil Həsənli, tarixçi Eldar İsmayılov və politoloq Rasim Musabəyov müxtəlif qruplarda gənc liderlərə Azərbaycanın kəşməkəşli tarixi, dövlətçilik siyasəti, qloballaşma, azərbaycançılıq, millətləşmə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, bu problemin həlli istiqamətində görülən işlər və digər mövzularda məruzələr etmişlər.
Vurğulanmışdır ki, gələcək həyatımızı düzgün qurmaq üçün keçmişimizi mütləq bilməli, ənənələrimizi davam etdirməliyik.
Mütəxəssislər tarix boyu dilimizlə bağlı yaranmış bir sıra mübahisələrə də aydınlıq gətirmişlər. Onlar müasir Azərbaycan gəncinin intellektual səviyyəsini, iradəsini, inkişaf istiqamətini yüksək qiymətləndirmişlər.
Sonda gənclərin sualları cavablandırılmış, mövzu ilə bağlı müzakirələr aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]