GƏNC LİDERLƏR ÜÇÜN YAY UNİVERSİTETİNDƏ MİLLƏT VƏKİLLƏRİ VƏ TANINMIŞ ŞƏXLƏR İŞTİRAK EDƏCƏKLƏR
Bakı, 7 avqust (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin, “İRƏLİ” İctimai Birliyinin və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə Gənc Liderlər üçün Yay Universitetinə start verilir.
“Natiqlik”, “Səfər”, “Sərhədçi”, “Azərbaycan tarixi”, “İnsan haqları”, “Təbiət və mətbəx” mövzuları Yay Universitetinin proqramında simvolik olaraq günlərə bölünmüşdür.
Tədbirdə 100 nəfər gənc iştirak edəcək və hər biri 25 nəfər olmaqla 4 komandaya bölünəcəkdir. Hər komandanın müvafiq simvolikası (bayraq, şüar) müəyyən olacaqdır. Gündəlik olaraq müxtəlif portallarda Yay Universitetinin gedişatı haqqında operativ məlumatlar (video, foto və s. məlumatlar) yerləşdiriləcək və hər gün bülletenlər hazırlancaqdır.
Qeyd edək ki, Yay Universitetində millət vəkilləri və bir sıra tanınmış şəxslər qonaq qismində müxtəlif mövzular üzrə məruzələr edəcək və gənclərlə birgə müzakirələr aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]