GƏNC LİDERLƏR ÜÇÜN YAY UNİVERSİTETİNİN İŞTİRAKÇILARINA İNTERNET ŞƏBƏKƏSİ İLƏ BAĞLI TƏLİMLƏR KEÇİRİLMİŞDİR
Qazax, 11 avqust (AZƏRTAC). Avqustun 11-də Gənc Liderlər üçün Yay Universitetinin iştirakçılarına Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində internet şəbəkəsi Facebook, YahooGroups, Yumroo Groups mövzularında təlimlər keçirilmişdir.
Yumroo.az portalının rəhbəri Mikayıl Məmmədov, Disput.az formunun rəhbəri Elnur Baimov və MBAsk sığorta şirkəti idarə heyətinin üzvü Rəhman Hacıyevin iştirakı ilə keçirilən təlimlərdə gənclərə müasir dövrdə internetdən istifadənin səmərəli yolları, sürətli informasiya mübadiləsinin qaydaları haqqında məlumat verilmişdir.
Bildirilmişdir ki, ermənilərin internetdə bizə qarşı həm də virtual müharibə apardıqları inkarolunmaz bir faktdır. İnternetdən düzgün istifadə, eyni zamanda, virtual aləmdə ölkəmiz haqqında yayılan yalnış məlumatların vaxtında qarşısının alınmasına, Vətənimizin dünyada təbliğinə xidmət edir.
Təlimlərdə gənclərə xarici internet saytlarında gedən prosesləri də yaxından izləmək tövsiyə olunmuşdur.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]