Gənc xilasedicilərin fövqəladə hallar sahəsində bilik və bacarıqları artırılır
Bakı, 19 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında Bakı Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışlarının əsas məqsədi Azərbaycan gənclərinin fövqəladə hallar sahəsində bilik və bacarıqlarının formalaşmasıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində FHN-in Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov bildirib.
O qeyd edib ki, tədbirdə Bakı şəhərinin 12 məktəbi iştirak edir. Zona yarışları başa çatdıqdan sonra respublika birinciliyi tədbirləri həyata keçiriləcək. Bakının bütün rayonlarından iştirak edən şagirdlər fövqəladə hallar sahəsində zəruri hazırlıq keçərək, bilik və bacarıqlarını sınayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:42]
Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb
- 08.06.2026 [17:15]
“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb
- 08.06.2026 [17:13]
Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir
- 08.06.2026 [16:54]
DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [16:37]