Gəncəçay-Zurnabad və Kürəkçay-Toğana məntəqələrində suyun səviyyəsi kəskin artmışdır
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də səhər saatlarında yağan yağışlar nəticəsində Kiçik Qafqazda Göygöl rayonu ərazisindəki Gəncəçay-Zurnabad və Kürəkçay-Toğana məntəqələrində suyun səviyyəsi kəskin artmış və sel müşahidə olunmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-90, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 60-65, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 santimetr artım qeydə alınmışdır. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 9 santimetr azalma müşahidə edilmişdir. Kür çayının aşağı axınında və Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsinin əsasən azaldığı müəyyən edilmişdir.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 333, Şirvanda 188, Salyanda 120, Bankədə 207, Novruzlu məntəqəsində isə 84 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]